[b]AVRO-2016: Yığmamızın rəqibləri London və Osloda oynayacaqlar[/b]
21.03.2014 - 00:01
[b]AVRO-2016: Yığmamızın rəqibləri London və Osloda oynayacaqlar[/b]

2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının növbəti yoldaşlıq görüşündə qarşılaşacağı komanda müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, “skaudra adzurra” mayın 31-də Londonda İrlandiya ilə üz-üzə gələcək.

Oyun İngiltərə Premyer Liqasında mübarizə aparan “Fulhem” klubunun ev oyunlarının keçirdiyi “Kreyven Kottec” arenasında baş tutacaq.

Yığmamızın qrupdakı digər rəqibi Norveç isə həmin gün paytaxt Osloda Rusiyanı qəbul edəcək.

Xatırladaq ki, komandamız AVRO-2016-nın seçmə qrup mərhələsində İtaliya, Xorvatiya, Bolqarıstan, Norveç və Malta ilə  mübarizə aparacaq.

 

0