[b]Avrokubok mövsümünə “İnter” başlayacaq[/b]
25.06.2015 - 19:47
[b]Avrokubok mövsümünə “İnter” başlayacaq[/b]

Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi ilk oyunların başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkəmiz üçün avrokuboklar mövsümünü “İnter”  açacaq.

 

İyulun 2-də səfərdə oynayacaq paytaxt təmsilçisinin “Laçi” ilə Albaniyadakı qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyun Laçi şəhərinin eyniadlı stadionunda baş tutacaq.

 

Avropa Liqasındakı digər iki təmsilçimiz isə Bakı vaxtı ilə saat 21:00-da meydana çıxacaq.

 

“Neftçi” “Bakcell Arena”da Monteneqronun “Mladost” klubunu sınağa çəkəcək. Tiflisdə Boris Payçadze adına “Dinamo Arena” “Qəbələ” yerli “Dinamo” ilə qarşılaşacaq.

 

“İnter”in albaniyalılarla cavab oyununun da vaxtı dəqiqləşib. İyulun 9-da “İnter Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.