UEFA Avropa Liqasının pley-off mərhələsində ölkəmizi təmsil edəcək “Qəbələ”nin rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Yunanıstan təmislçisi “Panatinakos”la qarşılaşacaq.
Qeyd edək ki, yunan klubu indiyədək Azərbaycan komandaları ilə üz-üzə gəlməyib.
Ancaq iki ölkənin başqa klubları bir dəfə qarşılaşıblar. Belə ki, 2012/13 mövsümündə Yunanıstan təmsilçisi ilə görüşən “İnter” “Asteras”la iki dəfə heç-heçə etmişdi. Lakin bakılılar penaltilər seriyasında uduzmuşdu.
“Qəbələ” daha güclü rəqiblə - “Panatinaikos”la qarşılaşsa da, qrup mərhələsinə düşmək üçün Ellada təmsilçisini keçməlidi.
“Qəbələ”nin rəqibi “Panatinakos” əzəli rəqibi “Olimpiakos”la birlikdə ölkəsinin ən titullu iki klubundan biridi. Bundan əlavə afinalıların adı həm də Yunanıstan yüksək dəstəsini heç vaxt tərk etməyən 5 klubdan biri kimi qeyd olunur.
Yuxarıda qeyd etdiyimiz kimi “yaşıllar” ölkənin iki ən titullu iki klubundan biridi. Afina təmsilçisi 20 dəfə ölkə çempionu, 18 dəfə ölkə kuboku, 5 dəfə isə super kuboku qazanıb.
Avrokuboklarda isə “Qəbələ”nin rəqibi öz təcrübəsi ilə təmsilçimizi çox üstələyir. 107 yaşlı klub 1971-ci ildə Çempionlar Kubokunda final, iki dəfə isə (1985 və 1996) turnirin yarımfinalında oynayıb.
Komanda ev oyunlarını 16 min tamaşaçı tutumuna malik "Apostolos Nikolaidis" stadionunda keçirdir.