[b]Avropa çempionatı: Millimiz elit-raundda mübarizəyə başlayır[/b]
04.04.2016 - 12:21
[b]Avropa çempionatı: Millimiz elit-raundda mübarizəyə başlayır[/b]

Sabah 19 yaşadək qızlar arasında Avropa çempionatın elit-raundu start götürəcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmaları İrlandiyada keçiriləcək I qrupda Azərbaycan yığması da mübarizə aparacaq.

 

2004-cü ildə qitə səhnəsinə çıxan millimiz tarixində 2-ci dəfə bu raundda qüvvəsini sınayacaq. Bunadək yalnız 1 dəfə 1-ci seçmə mərhələni arxada qoyan komandamız 2009-cu ildə də elit-raundda çıxış etmişdi.

 

7 ildən sonra final mərhələsinə doğru son addımı atmaq üçün mübarizə aparacaq yığmamız Polşa, Almaniya və İrlandiya ilə üz-üzə gələcək. Slovakiyada keçiriləcək final mərhələsinə 6 qrupun qalibi və ən yaxşı 2-ci yer sahibi vəsiqə qazanacaq.

 

Artıq millimizin Polşa ilə ilk görüşünün hakimləri də açıqlanıb. Bu matça Serbiya və İrlandiyadan olan ədalət təmsilçiləri təyinat alıb.

 

19 yaşadək qızlar arasında Avropa çempionatın elit-raundu

I qrup

 

5 aprel

17:00. Azərbaycan – Polşa

Hakimlər: Ana Miniç, Daniyela Stoyanoviç  (hər ikisi Serbiya) , Oliviya Sneyd, Deirdre Nolan (hər ikisi İrlandiya)

UEFA nümayəndəsi: Kadri Yaqel (Estoniya)

Hakim-inspektor: İnqrid Yonsson (İsveç)

Dublin. “Karlaysl” stadionu

22:30. Almaniya – İrlandiya

Dublin. “Tallagt” stadionu

 

7 aprel

17:30. Almaniya – Polşa

Dublin. “Belfild Boul”

22:30. İrlandiya – Azərbaycan

Dublin. “Tallagt” stadionu

 

10 aprel

17:00. Azərbaycan – Almaniya

Dublin. “Riçmond Park”

17:00. Polşa - İrlandiya

Dublin. “Tallagt” stadionu