[b]Avropa çempionu ilə yeni müqavilə imzalanacaq[/b]
15.07.2016 - 13:15
Portuqaliya Futbol Federasiyasının rəhbərliyi Fernandu Santoşla danışıqlara start verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, danışıqlarda məqsəd Portuqaliya millisinin çalışdırıcısı ilə yeni müqavilə bağlamaqdı.
AÇ-2016-da komandasına çempionluq qazandıran Santuş bununla rəhbərliyin inamını artıqlaması ilə qazanıb. Bunu nəzərə alan federasiya rəhbərliyi yaxın günlərdə təcrübəli çalışdırıcının sözləşməsini yeniləyəcək.
Yeni anlaşmanın müddəti barədə məlumat verilmir.
0
0