[b]Avropa Klublar Assosiasiyasına yeni prezident seçildi[/b]
05.09.2017 - 14:37
[b]Avropa Klublar Assosiasiyasına yeni prezident seçildi[/b]

Avropa Klublar Assosiasiyasının (ECA) yeni prezidenti bəlli olub. Apasport.az saytının məlumatına görə, İtaliya “Yuventus”unun prezidenti Andrea Anyelli beynəlxalq quruma da rəhbər seçilib.

 

Bu, ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən XIX Baş Assambleyasında gerçəkləşib. İtaliyalı funksioner qurumun tarixinə ikinci prezident kimi düşüb.

 

ECA yaranan gündən quruma rəhbərlik edən Karl-Hayns Rummenigge isə namizədliyini irəli sürməyəcəyini öncədən açıqlamışdı.

 

Qeyd edək ki, 2017/18 mövsümündə ECA-da üç Azərbaycan klubu təmsil olunur. Bunlar “Neftçi”, “Qarabağ” və “Qəbələ”di.