[b]Avropa komandaları afrikalılarla bacarmadı[/b]
01.06.2018 - 00:20
[b]Avropa komandaları afrikalılarla bacarmadı[/b]

Milli komandaların iştirakı ilə daha iki yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarda Avropa yığmaları Afrika təmsilçilərini sınağa çəkib.

 

Ukrayna millisi Mərakeşlə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.

 

Lüksemburq isə Seneqalla üz-üzə gəlib. Bu qarşılaşmada da azarkeşlər qol izləməyib.