[b]Avropa Liqası: 29 vəsiqəyə 91 iddiaçı[/b]
15.07.2016 - 16:10
[b]Avropa Liqası: 29 vəsiqəyə 91 iddiaçı[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Avropanın 91 klubu iştirak edib.

 

Mübarizəyə birbaşa qoşulan 25 klub və II təsnifat mərhələsinin 33 cütü növbəti rəqiblərini tanıyıb. Bu klublar növbəti mərhələnin 29 cütlüyünü təşkil edib. Bu isə pley-offun 29 iştirakçısı deməkdi.

 

Azərbaycanın “Kəpəz”, “Qəbələ” və “Neftçi” klublarının da potensial rəqibləri bəlli olub. Təmsilçilərimizin üçü də mübarizəyə bu raunddan başlayan komanda ilə görüşəcək.

 

III təsnifat mərhələsinin ilk oyunları iyulun 28-də, cavab matçları avqustun 4-də keçiriləcək.

 

Avropa Liqası

III təsnifat mərhələsi

“Rovaniemi” (Finlandiya) - “Lokomotiv” (Xorvatiya) cütünün qalibi – “Vorskla” (Ukrayna)

“Sent-Etyenn” (Fransa) - AEK (Yunanıstan)

“Kliftonvill” (Şimali İrlandiya) - AEK (Kipr) cütünün qalibi - “Spartak” M (Rusiya)

“Panduri” (Rumıniya) - “Kayrat” (Qazaxıstan) -  “Makkabi” Təl-Əviv (İsrail) cütünün qalibi

“Voyvodina” (Serbiya) - “Konna Kvey” (Uels) cütünün qalibi - “Dinamo” (Belarus) - “Sent Patriks” (İrlandiya) cütünün qalibi

“Partizan” (Serbiya) - “Zaqlebiye” (Polşa) cütünün qalibi - “Sonderyuske” (Danimarka) - “Stromsqodset” (Norveç) cütünün qalibi

“Austriya” V (Avstriya) - “Kukesi” (Albaniya) cütünün qalibi - “Şirak” (Ermənistan) - “Spartak” T (Slovakiya) cütünün qalibi

“Herta” (Almaniya) -  “Hibernian” (Şotlandiya) - “Brondbü” (Danimarka) cütünün qalibi

“Vest Hem” (İngiltərə) -  “Şaxtyor” (Belarus) - “Domjale” (Sloveniya) cütünün qalibi

“Lürsern” (İsveçrə) - “Sassuolo” (İtaliya)

AİK (İsveç) - “Europa” (Cəbəllütariq) cütünün qalibi - “Panatinaikos” (Yunanıstan)

“Riyeka” (Xorbatiya) -  “İstanbul Başakşehir” (Türkiyə)

“Videoton” (Macarıstan) - “Çukariçki” (Serbiya) cütünün qalibi -  “Midtyulland” (Danimarka) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

“Levadiya” (Estoniya) - “Slaviya” (Çexiya) cütünün qalibi -  “Rio Ave” (Portuqaliya)

“Zimbru” (Moldova) - “Osmanlıspor” (Türkiyə) cütünün qalibi - “Nomme Kalyu” (Estoniya) - “Makkabi” H (İsrail) cütünün qalibi

“Herakles” (Hollandiya) - “Arouka” (Portuqaliya)

“Pyast” (Polşa) –  “Höteborq” (İsveç) cütünün qalibi - “Beroe” (Bolqarıstan) - HİK (Finlandiya) cütünün qalibi

“Birkirkara” (Malta) - “Harts” (Şotlandiya) cütünün qalibi - “Krasnodar” (Rusiya)

“Maribor” (Sloveniya) – “Levski” (Bolqarıstan) cütünün qalibi - “Aberdin” (Şotlandiya) - “Ventspils” (Latviya) cütünün qalibi

“Debretsen” (Macarıstan) - “Torpedo” (Belarus) cütünün qalibi - “Rapid” (Avstriya)

“Admira” (Avstriya) - “Kəpəz” (Azərbaycan) cütünün qalibi -  “Slovan” (Çexiya)

“Alkmaar” (Hollandiya) – “Yannina” (Yunanıstan) - “Odd” (Noeveç) cütünün qalibi

“Lill” (Fransa) - MTK (Macarıstan) - “Qəbələ” (Azərbaycan) cütünün qalibi

“Genk” (Belçika) – “Buduçnost” (Monteneqro) cütünün qalibi - “Haken” (Norveç) - “Kork Siti” (İrlandiya) cütünün qalibi

“Gent” (Belçika) - “Vitorul” (Rumıniya)

“Slovan” (Slovakiya) - “Yelqava” (Latviya) cütünün qalibi - “Beytar” (İsrail) cütünün qalibi - “Omoniya” (Kipr) cütünün qalibi

“Aleksandriya” (Ukrayna) - “İaşi” (Rumıniya) – “Hayduk” (Xorvatiya) cütünün qalibi

Neftçi” (Azərbaycan) - “Şkendiya” (Makedoniya) cütünün qalibi - “Mlada Boleslav” (Çexiya)

“Qrasshoppers” (İsveçrə) - “Reykyavik” (İslandiya) cütünün qalibi - “Apollon” (Kipr)

0