[b]AL: Final hollandlara tapşırıldı [/b]
07.05.2018 - 16:22
[b]AL: Final hollandlara tapşırıldı [/b]

Avropa Liqasının finalını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Hakimlər Komitəsi həlledici matçı hollandiyalı Byörn Kuypersə həvalə edib.

 

Kuypersə həmyerliləri Sander van Rokel və Ervin Zeinstra köməklik edəcək. Dördüncü hakim funksiyasını Şimon Marçinyak (Polşa) yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Danni Makkeli və Pol van Bukel (hər ikisi Hollandiya) olacaq. Mario Diks (Hollandiya) isə ehtiyat-köməkçi kimi siyahıya əlavə edilib.

 

Bu, Byörn Kyupersin Avropa Liqasındakı ikinci finalı olacaq. O, daha öncə 2013-cü ildə oynanılan həlledici görüşü – “Çelsi” - “Benfika” – idarə etmişdi.

 

Qeyd edək ki, “Marsel” və “Atletiko” arasındakı Avropa Liqasının final oyunu mayın 16-da keçiriləcək. Matça Lionda yerləşən “Park Olimpik” stadionu ev sahibliyi edəcək.