[b]Avropa Liqasında 1/4 final cütləri müəyyənləşdi[/b]
20.03.2015 - 21:31
[b]Avropa Liqasında 1/4 final cütləri müəyyənləşdi[/b]

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ikinci dərəcəli klub turnirində çıxış edən 8 klub 4 cütlük təşkil edib

Turnirin son qalibi “Sevilya” “Zenit”lə qarşılaşacaq. Digər cütlərdə “Dnepr” “Brügge”, Kiyev “Dinamo”su “Fiorentina”, “Napoli” isə “Volsburq” ilə görüşəcək.  

Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 16-da, cavab qarşılaşmaları isə aprelin 23-də keçiriləcək.

Avropa Liqası       

1/4 final

“Sevilya” (İspaniya) – “Zenit” (Rusiya)

“Brügge” (Belçika) – “Dnepr” (Ukrayna)

“Dinamo” (Ukrayna) – “Fiorentina”  (İtaliya)

“Volsburq” (Almaniya) – “Napoli” (İtaliya)