Avropa Liqasında pley-offun bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 15 uğursuzu və Avropa Liqasında tur adlayan 29 komanda 44 iştirakçını təşkil edib.
Son üç mövsümdə bu raundda 2 komanda ilə təmsil olunan Azərbaycan bu dəfə yarışdan kənar qalıb. Hərçənd 2014/15 mövsümündə “Qarabağ”la "Neftçi", 2015/16 və 2016/17 mövsümlərində Ağdam təmsilçisi ilə “Qəbələ” Avropa Liqasının pley-offunda olmuşdu. Bu dəfə “Qarabağ” Çempionlar Liqasının pley-offundadısa, qəbələlilər üçün avrokubok mövsümü bitib.
44 iştirakçı bu gün İsveçrənin Nyon şəhərindəki püşkatmada 22 cütlük təşkil edəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
44 komanda reytinqinə görə artıq iki səbətə bölünüb.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 17-də, cavab matçları 24-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Səpələnmişlər
“Zenit” (Rusiya) – 87,106
“Dinamo” (Kiyev, Ukrayna) – 67,526
“Ayaks” (Hollandiya) – 67,212
“Atletik” (İspaniya) – 60,999
“Fənərbaxça” (Türkiyə) – 51,840
“Milan” (İtaliya) – 47,666
“Viktoriya” (Çexiya) – 40,635
“Zalsburq” (Avstriya) – 40,570
“Brügge” (Belçika) - 39,480
“Braqa” (Portuqaliya) – 37,366
PAOK (Yunanıstan) – 35,080
“Lüdoqorets” (Bolqarıstan) - 34,175
“Krasnodar” (Rusiya) - 32,106
BATE (Belarus) – 29,475
“Everton” (İngiltərə) – 29,192
“Legiya” (Polşa) – 28,450
“Marsel” (Fransa) – 28,333
“Dinamo” (Zaqreb, Xorvatiya) – 26,050
“Makkabi” (Təl-Əviv, İsrail) – 23,375
“Austriya” (Avstriya) – 17,070
“Midtyulland” (Danimarka) – 16,300
“Partizan” (Serbiya) – 16,075
Səpələnməmişlər
“Panatinaikos” (Yunanıstan) – 15,080
“Maritimo” (Portuqaliya) – 14,866
“Rusenborq” (Norveç) – 12,665
“Hayduk” (Xorvatiya) – 11,550
“Şerif” (Moldova) – 11,150
“Apollon” (Kipr) – 10,710
“Aleksandriya” (Ukrayna) – 9,526
“Videoton” (Macarıstan) – 8,650
“Srvena Zvezda” (Serbiya) – 7,325
“Skenderbeu” (Albaniya) – 6,825
“Utrext” (Hollandiya) – 6,712
AEK (Yunanıstan) – 6,580
“Altax” (Avstriya) – 6,570
AEK (Kipr) – 6,210
“Hafnarfyordur” (İslandiya) - 6,175
“Vitorul” (Rumıniya) - 5,870
“Osiyek” (Xorvatiya) – 5,550
“Vardar” (Makedoniya) – 5,125
“Domjale” (Sloveniya) – 4,125
“Ostersun” (İsveç) – 3,945
“Şkendiya” (Makedoniya) – 3,375
“Suduva” (Litva) – 1,825