[b]Avropada 10-cu[/b]
13.05.2016 - 10:34
[b]Avropada 10-cu[/b]

17 yaşadək futbolçular arasında Azərbaycanda təşkil olunan Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakının 4 stadionunda baş tutan final mərhələsinin 24 qarşılaşmasından sonra 8 komanda 1/4 finala yüksəlibsə, 8 yığma üçün yarış başa çatıb.

 

Tarixində ilk dəfə həlledici raundda çıxış edən Azərbaycan millisi də çıxışını başa vuranlar arasındadı. A qrupunda Portuqaliyaya 0:5 hesabı ilə uduzan komandamız Belçika ilə heç-heçə (1:1) etdikdən sonra Şotlandiyanı minimal hesabla üstələyib.

 

1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə qrupda 3-cü olan yığmamız yalnız Şotlandiyanı qabaqlayıb. Portuqaliya ilə Belçika isə növbəti raunda yüksəlib.

 

A qrupu 

 

1.

Portuqaliya

3

2

1

0

7-0

7

2.

Belçika

3

1

2

0

3-1

5

3.

Azərbaycan

3

1

1

1

2-6

4

4.

Şotlandiya

3

0

0

3

0-5

0

 

B qrupu 

 

1.

Almaniya

3

2

1

0

9-3

7

2.

Avstriya

3

2

0

1

4-4

6

3.

Bosniya və Herseqovina

3

1

0

2

3-6

3

4.

Ukrayna

3

0

1

2

3-6

1

 

C qrupu 

 

1.

İsveç

3

2

0

1

3-2

6

2.

İngiltərə

3

2

0

1

6-3

6

3.

Danimarka

3

1

1

1

2-4

4

4.

Fransa

3

0

1

2

0-3

1

 

D qrupu 

 

1.

İspaniya

3

2

1

0

7-3

7

2.

Hollandiya

3

2

0

1

3-2

6

3.

İtaliya

3

1

0

2

4-6

3

4.

Serbiya

3

0

1

2

2-5

1

 

 

İtaliya, Fransa kimi yığmalar da çıxışını qrupda başa vurublar. Əslində, qrupda qalan 8 komandanın hamısı eyni nəticəyə - mübarizəni dayandırmağa üzülüb və onlar arasında ciddi fərq qoyulmur. Yəni, bu yığmaların hamısının nəticəsi tarixə mübarizəni qrup mərhələsində dayandırmaq kimi düşüb.

 

Amma uğursuzların qeyri-rəsmi müqayisəsi də aparılır. Bu, komandaların qrupdakı göstəricilərinə əsasən aparılır. Təbii ki, onların tutduğu yer də nəzərə alınır.

 

Qeyri-rəsmi sıralamada qrup üçüncüləri 9-12, autsayderləri isə 13-16-cı yerləri xal və top fərqinə görə öz aralarında bölür. Azərbaycan yığması da 3-cü olan 4 komandadan biridi. Millimiz Danimarka, İtaliya, Bosniya və Herseqovina kimi rəqiblərindən birini arxada qoymağı bacarıb.

 

Bu 4 komanda mübarizəni dayandırsa da, Avropa çempionatında hərəyə 1 qələbə qazanmağı bacarıb. Yığmamızla danimarkalılar isə ümumiyyətlə hamıdan çox – 4 xal toplayıb. Amma şimallılar daha yaxşı top fərqinə malikdi. Portuqaliya ilə debüt matçındakı 0:5 hesablı məğlubiyyət nəticəsində millimiz qeyri-rəsmi sıralamada Danimarkadan geri qalır.

 

Bu isə komandamıza Avropada 10-cu olmaq imkanı verib. UEFA-ya daxil olan 54 komandanın mübarizəsində ilk “onluğ”a düşmək isə kifayət qədər uğurlu nəticə sayıla bilər.

 

Təbii ki, meydan amilindən yararlanıb, daha yaxşı nəticəyə ümid etmək olardı. Lakin debütdə “onluq”da yer almaqla da kifayətlənməyi qənaətbəxş saymaq mümkündü.

 

Ən azı ona görə ki, cəmi 1 qələbəsi olan İtaliya və Bakını 1 xalla tərk edən Fransa kimi ölkələr də komandamızdan daha aşağı pillələrdədi. Serbiya, Ukrayna, Şotlandiya kimi yığmaların qrup sonuncusu olduğunu da nəzərdən qaçırmaq olmaz. Fransa və Şotlandiya ümumiyyətlə Bakıda qol da vura bilmədi. 1 il əvvəl bu yaş qrupunda Fransanın Avropa çempionu olduğunu və finalda Almaniyanı 4:1 yendiyini nəzərə alsaq, bu dəfə çıxış onlar üçün fiasko sayılmalıdı.

 

Düzdü, yığmamız İtaliya, Bosniya və Herseqovina və Ukrayna kimi hamıdan çox – 6 qol buraxıb. Amma bu 6 topdan 5-i eyni görüşə - millimizin yeganə məğlubiyyətini aldığı matça təsadüf edib.  

 

 

Avropa çempionatının qeyri-rəsmi sıralaması (9-16-cı yerlər)

 

9

Danimarka

3

1

1

1

2-4

4

10

Azərbaycan

3

1

1

1

2-6

4

11

İtaliya

3

1

0

2

4-6

3

12

Bosniya və Herseqovina

3

1

0

2

3-6

3

13

Ukrayna

3

0

1

2

3-6

1

14

Serbiya

3

0

1

2

2-5

1

15

Fransa

3

0

1

2

0-3

1

16

Şotlandiya

3

0

0

3

0-5

0

 

0