Avstriya mətbuatı Avropanın ən məhsuldar yarımmüdafiəçisinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərkəzi avropalılar 2015-ci ildə müxtəlif milli çempionatlarda ən çox qol vuran orta sahə oyunçusunu müəyyənləşdirib.
Həmkarlarımız “Şturm” klubunun futbolçusu Saymon Piesingeri Avropanın ən məhsuldar
yarımmüdafiəçisi kimi elan edib. Bundesliqanın fevralın 14-də start götürən 2-ci yarısında 7 qol vuran 23 yaşlı yarımmüdafiəçi bu ampluada çıxış edənlərin hamısını qabaqlayır.
Avstriyalılar Azərbaycandan Almaniya və İspaniyaya qədər heç bir ölkədə yarımmüdafiəçilərin belə qısa müddətdə 7 qol vurmadığını iddia edir. Onlar həmyerlilərinin Pol Poqba, Kevin de Bruyn, Yaya Ture kimi oyunçuları arxada qoyması ilə öyünür.
Topaz Premyer Liqasına nəzər salsaq, mövsümün ikinci yarısının bombardirləri arasında orta sahə oyunçusu da var. “Qəbələ”nin futbolçusu Cavid Hüseynov çempionatda ilin ən məhsuldar yarımmüdafiəçisidi. Onun hesabında 6 qol var. Yarımmüdafiəçi Avropanın ən yaxşısından 1 qol geri qalır.