Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Admira” - “Kəpəz” oyunu Avstriya və Azərbaycan klublarının avrokuboklarda 5-ci dueli olacaq. Apasport.az saytının məlumatına görə, əvvəlki 4 qarşıdurmadan yalnız birində təmsilçimiz mərhələ keçib.
2004-cü ilə təsadüf edən həmin uğur da “Xəzər Universiteti”nin texniki qələbə qazanması sayəsində gerçəkləşib. Səfərdə 0:4 hesabı ilə uduzan komandamız “Kazino-Breqents”in cəzalanması sayəsində mərhələ keçmişdi. Amma bakılılar cavab qarşılaşmasında qalib gəlməyi bacarmışdı – 2:1.
Digər 3 dueldən birində elə “Kəpəz” iştirak edib. Gəncəlilərin debütü iki darmadağınla korlanıb. “Austriya” təmsilçimizi hər iki görüşdə 4 top fərqi ilə üstələyib – 0:4, 1:5.
“Neftçi” və “Qarabağ” da “Xəzər Universiteti” kimi evdə 2:1 hesabı ilə qalib gəlməyi bacarıb. Lakin səfərdəki 2 top fərqli yenilhilər komandalarımıza mane olub.
1994/95, UEFA kuboku
“Kəpəz – “Austriya” (Vyana, Avstriya) – 0:4, 1:5
2004/05, İntertoto kuboku
“Kazino-Breqents” (Avstriya) – “Xəzər Universiteti” - -:+, 1:2
2007/08, UEFA kuboku
“Rid” (Avstriya) – “Neftçi” – 3:1, 1:2
2014/15, Çempionlar Liqası
“Qarabağ” – “Zalsburq” (Avstriya) – 2:1, 0:2