[b]AZAL-da 3 yeni müqavilə[/b]
14.05.2015 - 14:45
[b]AZAL-da 3 yeni müqavilə[/b]

Bu mövsüm Avrokuboka vəsiqə qazana bilməyən AZAL heyətində köklü dəyişiklik etmək fikrində deyil. Apasport.az saytının məlumatına görə, əsas heyətin 3 futbolçusu gələn mövsümü də “təyyarəçilər”in heyətində keçirməyə razılıq verib.

 

Baş məşqçi Tərlan Əhmədov yarımmüdafiə xəttinin üzvləri Kərim Diniyev, Şəhriyar Rəhimov və Rəşad Abdullayevin komandada qalmasını istəyib. Adıçəkilən futbolçularla danışıq çox qısa sürüb və onların hər üçü klubla yeni müqaviləyə qol çəkib.

 

Yeni sazişə görə, Şəhriyarla Kərim 2, kapitan Rəşad isə birillik anlaşma imzalayıb. Məlumatı əməkdaşımızla söhbətdə futbolçular özləri də təsdiqləyiblər.

 

AZAL mövsüm başa çatmamış məşqçilər korpusunun xidmətində maraqlı olduğu daha bir neçə oyunçu ilə yeni müqavilə imzalamaq fikrindədi. Növbəti hədəf isə konqolu hücumçu Freddi Mombonqodu. 30 yaşlı forvardın da yaxın günlərdə yeni sazişə qol çəkməsi gözlənilir.