[b]AZAL-da dönüş, itki və şübhəli[/b]
10.03.2016 - 01:45
[b]AZAL-da dönüş, itki və şübhəli[/b]

AZAL Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyununun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, martın 13-də baş tutacaq qarşılaşma öncəsi məşqlərdə ötən tur cəza üzündən Lənkarana getməyən Murad Səttarlı və Qvanzav Maqomedov da iştirak edir.

 

Gündə bir dəfə hazırlıq keçən Tərlan Əhmədovun yetirmələri martın 11-dən etibarən təlim-məşq toplanışına cəlb olunacaq. Heyətdə olan zədəlilər – Aleksandr Quruli və İlqar Ələkbərov hələ ki, həkim nəzarətində məşqə çıxırlar.

 

Qasıgında agrı hiss edən və “Xəzər-Lənkəran”la oyunu yarımçıq tərk edən gürcü legionerin flaqmana qarşı mübarizə apara bilməyəcəyi artıq dəqiqdir. Həkimlər dizində ağrı hiss edən İlqarın isə matça qədər sagalacagına ümid bəsləyir.

 

Mənbə: Klub saytı