[b]AZAL-ın 13 oyunluq həsrəti[/b]
25.10.2016 - 10:21
Bakının AZAL klubunun qələbə həsrəti 13 oyuna çatıb. Apasport.az saytının məluma paytaxt təmsilçisi cari mövsümün IX turunun “Zirə” ilə görüşündə 1:1 hesablı heç-heçəylə kifayətlənən “təyyarəçilər” ötən çempionatdan bəri qələbə qazana bilmir.
AZAL-ın son uğuru ötən mövsümün XXXI turuna təsadüf edib. Aprelin 30-da “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi ardıcıl 13 qarşılaşmada 4 heç-heçə edib və 9 dəfə uduzub. Tərlan Əhmədovun yetirmələrinin son qələbəsindən 178 gün keçib.
Qeyd edək ki, AZAL cari mövsüm qələbə qazanmayan yeganə komandadı.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0