“Bizim ev oyunlarında uğursuz seriyamız var. “AZAL Arena”da keçirdiyimiz görüşlərdə qələbə qazana bilməmişik”. Bu sözləri AZAL-ın moldovalı qapıçısı Stanislav Namaşko deyib.
Topaz Premyer Liqasının X turu çərçivəsində bu gün “Simurq”u qəbul edəcək “təyyarəçilər”in çərçivə qoruyucusu komandasının uğursuz çıxışından danışıb.
O bildirib ki, əgər belə davam etsələr, normal nəticə qazana bilməyəcəklər: “Hesabat turunda “Bakı”ya gözlənilmədən uduzduq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edirik, amma alınmır. Düşünürəm ki, biz oyunumuzu inkişaf etdirməliyik. Əgər belə oynamağa davam etsək, heç bir nəticə olmayacaq. Bu gedişlə vəziyyət daha da pisləşəcək. Bizə qələbə lazımdı. Bu gün “Simurq”la üz-üzə gələcəyik. Mütləq qalib gəlməliyik. Bu qarşılaşmada yaxşı nəticə qazana bilsək, ümidimiz artacaq”.
Qeyd edək ki, AZAL- “Simurq” matçı saat 17:00-da “AZAL Arena”da start götürəcək.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA