[b]Azarkeşlər etiraz etdi, Kamran Quliyev söz verdi[/b]
28.04.2018 - 18:51
[b]Azarkeşlər etiraz etdi, Kamran Quliyev söz verdi[/b]

Topaz Premyer Liqasının XXV turunda “Keşlə” ilə qarşılaşan “Neftçi” matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Apasport.az saytının məlumatına görə, bu yenilgi “ağ-qaralar”ın azarkeşklərinin sərt etirazına səbəb olub.

 

Belə ki, oyun başa çatdıqdan sonra fanatlar “İnter Arena”nın qarşısında toplaşaraq şüarlar səsləndiriblər. Klub prezidenti Kamran Quliyev onlara yaxınlaşaraq müəyyən müddət söhbət edib.

 

Azarkeşlər son vaxtlar mətbuatda çıxan klubun transfer siyahısında olan bəzi oyunçuları komandada görmək istəmədiklərini deyiblər. Onlar həmçinin oyunçuların matçlarda çox can yandırmadıqlarını bildiriblər.

 

Prezident isə onları əmin edib ki, dəstəyə davam etsələr, “Neftçi” Avrokub yolunda daha inamlı çıxış edəcək. O, həmçinin futbolçularla söhbət aparacağına da söz verib.

 

Qeyd edək ki, 25 oyundan sonra aktivində 37 xal olan “Neftçi” turnir cədvəlində 4-cü pilləsində qərarlaşıb.