[b]Azarkeşlər Rusiyanı xərcə saldı[/b]
08.05.2018 - 19:16
[b]Azarkeşlər Rusiyanı xərcə saldı[/b]

Rusiya Futbol İttifaqını cəzalandırılıb. Apasport.az saytı xəbər verir ki, şimal qonşularımız azarkeşlərinə görə xərcə düşüb.

 

Belə ki, martın 27-də Sankt-Peterburq şəhərində keçirilən Fransa ilə oyunda yerli fanatlar irqçi şüarlar səsləndirdikləri üçün FİFA bu ölkənin Futbol İttifaqını 30 min İsveçrə frankı miqdarında cərimələyib.

 

Ali futbol qurumunun saytından verilən açıqlamada bildirilib ki, azarkeşlər intizam kodekslərinin 38-ci maddəsini pozub.

 

Qeyd edək ki, sözügedən yoxlama matçında Rusiya millisi 1:3 hesabı ilə məğlub olmuşdu.