[b]Azarkeşlərdən Fatih Terimə sərt təpki: Kişi kimi oynayın![/b]
14.10.2014 - 11:11
[b]Azarkeşlərdən Fatih Terimə sərt təpki: Kişi kimi oynayın![/b]

Türkiyə millisi AVRO-2016-nın seçmə mərhələsində dünən səfərdə Latviya yığmasının qonağı olub. Apasport.az xəbər verir ki, qardaşı ölkə millisi qrupdakı uğursuz oyunlar seriyasını bu dəfə də davam etdirib.

 

Fatih Terimin komandası özündən zəif Latviya yığması ilə 1:1-lik heç-heçəyə razılaşıb. Bundan sonra komanda Türkiyəyə qayıdıb.

 

Komandanı Atatürk Hava Limanında gözləyən azarkeşlərdən bir neçəsi isə uğursuzluğa görə baş məşqçi Fatih Terimə etiraz edib. Onlar “İmperator” ləqəbli məşqçiyə “kişi kimi oynayın, qələbə qazanın”, “milyonlarla insan sizə ümid, siz isə bir şeyi bacarmırsız”, “bizə bu uğursuzluğun cavabını verin” - deyə sərt sözlər söyləyiblər.