[b]Azərbaycan – Belçika oyunu çexiyalı hakimə tapşırıldı[/b]
07.05.2016 - 12:22
[b]Azərbaycan – Belçika oyunu çexiyalı hakimə tapşırıldı[/b]

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında II turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, A və B qruplarındakı hakim təyinatları açıqlanıb.

 

Sabah Belçika ilə qarşılaşacaq yığmamızın qarşılaşmasında çexiyalı Petr Ardeleanu ədalət təmsilçisi olacaq.

 

FİFA dərəcəli hakimlərimiz Əliyar Ağayevlə Orxan Məmmədov isə müvafiq olaraq Portuqaliya – Şotlandiya və Ukrayna – Avstriya görüşündə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

 

 

8 may

II tur

 

A qrupu

15:30. Portuqaliya – Şotlandiya

Baş hakim: Qunnar Yarl Yonsson  (İslandiya)

Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə)

Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)

“Dalğa Arena”

 

19:00. Azərbaycan – Belçika

Baş hakim: Petr Ardeleanu (Çexiya)

Baş hakimin köməkçiləri: Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta)

Dördüncü hakim: Alen Duro (Lüksemburq)

8-ci km qəsəbə stadionu

 

B qrupu

14:00. Ukrayna - Avstriya

Baş hakim: Sveyn Erik Edvartsen (Norveç)

Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Levan Varamişvili (Gürcüstan)

Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)

8-ci km qəsəbə stadionu

 

19:00. Almaniya – Bosniya və Herseqovina

Baş hakim: Peter Kraloviç (Slovakiya)

Baş hakimin köməkçiləri: Vasili Ermişin (Moldova), Balaj Buzas (Macarıstan)

Dördüncü hakim: Sergeyus Sliva (Litva)

“Dalğa Arena”