[b]Azərbaycan – Farer adaları matçında moldovalı hakimlər[/b]
02.09.2016 - 11:05
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Farer adaları oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı Moldovadan olan hakimlər idarə edəcək.
Sentyabrın 6-da baş tutacaq qarşılaşmanın baş hakimi Dmitri Muntyan olacaq. Ona həmyerliləri Vitali Qorbatovla Vladislav Lifçiu kömək edəcək.
Qarşılaşmanın dördüncü hakimi Yuri Kovtun olacaq.
Qeyd edək ki, sentyabrın 6-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları görüşü saat 18:00-da başlayacaq.
0
0