[b]Azərbaycan – Finlandiya matçının hakimləri açıqlandı[/b]
08.04.2018 - 15:24
[b]Azərbaycan – Finlandiya matçının hakimləri açıqlandı[/b]

19 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun 3-cü qrupunda III turun hakim təyinatları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının son turda ev sahibi Finlandiya ilə keçirəcəyi görüşü ingiltərəli və isveçlilərdən ibarət hakimlər briqadası idarə edəcək.

 

Aprelin 10-da baş tutacaq qarşılaşmada ədalət təmsilçisi Rebekka Uelç (İngiltərə) olacaq. Ona həmyerlisi Helen Brayn və isveçli Jozefin Aransson kömək edəcəklər. Matçda 4-cü hakim funksiyasını Tess Oloffson (İsveç) yerinə yetirəcək.

 

Vantaa şəhərində yerləşən İSS stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 19:30-da start götürəcək.

 

Qeyd edək ki, Vüqar Əsgərlinin yetirmələri qrupda keçirdiyi ilk iki qarşılaşmada Fransa (0:6) və Belçikaya (1:5) böyük hesabla məğlub olub.