AFFA-nın təşəbbüsü və Norveçin “StatOil” şirkətinin sponsorluğu ilə noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Norveç oyununun fasiləsində azarkeşlər üçün müsabiqə təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, fasilədə peşəkar qapıçı topu tribunaya atacaq və topu tutan şəxs müsabiqədə iştirak etmək şansı qazanacaq.
Penalti vurmaq şansı əldə edən azarkeş 3 fürsətdən 2-ni dəqiq yerinə yetirəcəyi təqdirdə qalib hesab olunacaq və milli komandanın forması əldə etməklə yanaşı, gələn ilin iyunun 12-də baş tutacaq Norveç – Azərbaycan qarşılaşmasında iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, təyyarə və oyun bileti, oteldə 1 gecə qalma və viza xərci “StatOil” şirkəti tərəfindən ödəniləcək.
Müsabiqənin şərtləri:
1) Qapıçı topu tribunaya yalnız 1 dəfə atacaq;
2) Müsabiqədə iştirak etmək üçün qapıçının atdığı topu tutmaq;
3) Qapıçının qoruduğu qapıya 3 fürsətdən ən azı 2 qol vurmaq;
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı