Bu gün Qırğızıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi tarixində 5-ci dəfə mayın 29-da oynayacaq. Apasport.az saytının məlumatına görə, komandamız 26 illik tarixində 4 dəfə bu gündə meydana çıxıb.
İlk belə görüş 2005-ci ildə baş tutub. Yığmamız İranda meydan sahiblərinə 1:2 hesabı ilə uduzub. 2010 və 2016-cı illərdə Avstriya toplanışı zamanı Makedoniya millimizi sınağa çəkib. Hər iki görüşdə balkanlılar eyni hesabla qələbə qazanıb – 3:1.
Mayın 29-da uduzmadığımız yeganə oyun 5 il öncəyə təsadüf edib. 2013-cü ildə komandamız Qətərlə sülhə imza atıb – 1:1.
Millimiz indiyədək mayın 29-da qalib gəlməyib. Maraqlıdı ki, futbolçularımız hər dəfə 1 qol vurublar.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi