[b]Azərbaycan – Qırğızıstan oyununun biletləri satışa çıxarılır[/b]
07.05.2018 - 16:10
[b]Azərbaycan – Qırğızıstan oyununun biletləri satışa çıxarılır[/b]

Azərbaycan milli komandasının Qırğızıstanla yoldaşlıq oyununun biletləri satışa çıxarılır. Apasport.az saytının məlumatına görə, mayın 29-da baş tutacaq görüşün biletlərini sabahdan əldə etmək mümkündü.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı izləmək istəyənlər iki kateqoriyalı bilet əldə edə bilər. Tamaşaçılar 1-ci kateqoriya üçün 1, VİP üçün 10 manat ödəməli olacaq. Oyunun biletləri 11 müxtəlif məntəqədə satılacaq.

 

Qeyd edək ki, Azərbaycan – Qırğızıstan matçı saat 20:00-da başlayacaq.