[b]Azərbaycan – Xorvatiya matçının keçiriləcəyi stadion bəlli oldu[/b]
12.06.2015 - 18:21
[b]Azərbaycan – Xorvatiya matçının keçiriləcəyi stadion bəlli oldu[/b]

Avro-2016 seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının baş tutacağı stadionun adına aydınlıq gəlib. Apasport.az saytının UEFA-ya istinadən məlumatına görə, qarşılaşma Bakıda “Bakcell Arena” stadionunda oynanacaq.

 

Matç sentyabrın 3-də, saat 18:00-da başlayacaq.

 

Xatırladaq ki, iki komanda arasındakı ilk oyun 2014-cü ilin oktyabr ayında Xorvatiyada oynanmış, meydan sahibləri 6:0 hesablı qələbə qazanmışdı.