[b]Azərbaycan yığması “Prezident kuboku”nda 5-ci oldu[/b]
12.08.2016 - 09:53
[b]Azərbaycan yığması “Prezident kuboku”nda 5-ci oldu[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Şımkent şəhərində keçirilən “Prezident kuboku”nda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız turnirin son günündə 5-ci yer uğrunda matçın iştirakçısı olub.

 

Öz qruplarında 3-cü olanların duelində millimiz Qırğızıstanla qarşılaşıb. Xaqani Sadıqovun 25-ci, Kamran Quliyevin 53-cü dəqiqədə vurduğu qollar komandamıza qələbə qazandırıb – 2:0. 64-cü dəqiqədə qırmızı vərəqə alan Şakir Seyidov millimizi azlıqda qoysa da, Rafiq Mirzəyevin yetirmələri qələbə hesabını qoruyub. Beləliklə, yığmamız turniri 5-ci pillədə başa vurub.

 

Qeyd edək ki, komandamız qrupda İrana 0:3 hesabı ilə uduzub, Tacikistanla heç-heçə edib (2:2) və Rusiya-2 adı ilə yarışa qatılan komanda üzərində qələbə qazanıb – 12:1.