Qadın voleybolçular arasında Azərbaycan Superliqasının oyunlarını qəbul edəcək arenalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2015/16 mövsümünün qarşılaşmaları “Azərreyl” İdman Bazası, AVF İdman Zalı və “Gənclik” Olimpiya İdman Kompleksində baş tutacaq.
Sonuncu idman qurğusunda yalnız bir komandanın ev oyunlarını qəbul edəcək. “Telekom” ötən mövsüm olduğu kimi yenə bu arenada rəqiblərini sınağa çəkəcək.
Digər 5 komandanın isə daimi meydanı olmayacaq. “Azərreyl”, “Azəryol”, “Lokomotiv”, Azərbaycan gənclər yığması, həmçinin Gürcüstan təmsilçisi “Tbilisi” bəzi ev matçlarını “Azərreyl” İdman Bazasında, bəzilərini isə AVF İdman Zalında keçirəcək.