[b]Azərbaycan çempionatında 600-cü qol[/b]
01.05.2018 - 18:54
[b]Azərbaycan çempionatında 600-cü qol[/b]

Futzal üzrə Yüksək Liqada 600-cü qol vuruldu. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, maraqlı məqam bu gün keçirilən XXVII tura təsadüf edib.

 

600-cü qol turun ilk oyununda vurulub. “FK. İtaldizain Futsal” - “Yasamal” FK duelinin 40-cı dəqiqəsində Faiq Əliyev rəqib qapısına yola tapmaqla Yüksək Liqanın cari mövsümündə vurulmuş yubiley - 600-cü qolun müəllifi olub.