[b]Azərbaycan çempionatında final mərhələsinə start verildi[/b]
07.05.2016 - 15:08
[b]Azərbaycan çempionatında final mərhələsinə start verildi[/b]

Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün həlledici mərhələdə ilk görüşlər keçirilib.

 

“The Club Port Baku”da öncə meydana 3-cü yer uğrunda matçın iştirakçıları "Baku Oilers"lə "Bakı" çıxıblar. Məhsuldar alınan matç “Bakı”nın qələbəsi ilə nəticələnib. Ardınca finalçılar AzTOP-la NTD BK üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmada AzTOP çətin qələbə qazanıb.

 

3-cü yer uğrunda

"Baku Oilers" - "Bakı" – 95:104

 

Final

AzTOP – NTD BK – 67:62

0