[b]Azərbaycan çempionunun potensial rəqibləri bəlli oldu[/b]
16.10.2016 - 14:21
[b]Azərbaycan çempionunun potensial rəqibləri bəlli oldu[/b]

Futzal üzrə UEFA kubokunun elit-raundunun iştirakçılarının hamısı bəlli olub. Apasport.az saytının məlumatına görə, yarışa birbaşa bu mərhələdən başlayacaq 4 komandaya daha 12-si qoşulub.

 

Bununla da Azərbaycan çempionu “Araz”ın 14 potensial rəqibi müəyyənləşib. Belə ki, komandamız elit-mərhələyə eyni qrupdan yüksəldiyi Kosovanın “Feniks” klubu istisna olmaqla qalan bütün komandalarla qarşılaşa bilər.

 

Rusiyanın “Dinamo” və “Yuqra”, İspaniyanın “İnter”, Qazaxıstanın “Kayrat” klubları isə birbaşa elit-raunda qatılacaq.

 

Qalan komandalar isə Kosovonun “Feniks”, Portuqaliyanın “Sportinq”, Çexiyanın “Xrudim”, Latviyanın “Nikars”, Rumıniyanın “Tırqu Mureş”, Macarıstanın “Györi”, Sloveniyanın “Maribor”, Almaniyanın “Hamburq”, Serbiyanın “Ekonomaç”, Xorvatiyanın “Nasional”, İtaliyanın “Real” kollektivləridir.

 

Qeyd edək ki, elit-raundun püşkü oktyabrın 21-də atılacaq.