Topaz Premyer Liqasının XXIII turunda Qəbələdə yerli komanda “Rəvan”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, qolsuz heç-heçə ilə başa çatan oyunda “Qəbələ” iki dəfə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. Lorenzo Ebesilio və Leonardo da Silvanın zərbələrini paytaxt klubunun qapıçısı Lukaş Sapela dəf edib.
Azərbaycan çempionatında sonuncu belə hadisə - 2350 gün əvvəl qeydə alınıb. 2006/07-ci il mövsümünün 5-ci turunda Qəbələdə keçirilmiş “Gilan” – “Karvan” (1:4) oyununda ev sahibi komanda iki dəfə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. 16-cı dəqiqədə Samir Zərgərovun zərbəsini “Karvan”ın qapıçısı Elxan Həsənov dəf edib, 59-cu dəqiqədə isə İbrahim Hüseynov çərçivədən yayınıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”