Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək daha 11 klubun yer alacağı səbət dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Neftçi” ilə “İnter”in yer aldığı səpələnmişlər səbətinə 7 komanda əlavə olunub.
Bunlar “Buduçnost” (Monteneqro), “Koper” (Sloveniya), “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Şerif”, “Daçiya” (hər ikisi Moldova) klublarıdı. 4 ölkəni təmsil edən bu komandalar “Qəbələ”nin potensial rəqibləri sırasına qoşulub.
Artıq səpələnmişlər səbətinin 30 komandası bəllidi ki, onların da 28-i “Qəbələ” üçün potensial rəqibdi. Əyalət klubu yalnız digər 2 təmsilçimizlə görüşə bilməz.
“Renova” (Makedoniya), “Mladost” (Monteneqro), “Flora” (Estoniya), “Ferensvaroş” (Macarıstan) klubları isə səpələnməmişlər səbətinə əlavə olunub. Bu komandalar “Neftçi” və “İnter” üçün potensial rəqib olub. Bu səbətdə 37 komanda var ki, onlardan 34-ü paytaxt təmsilçiləri ilə görüşə bilər. Çünki təmsilçilərimiz bir-biri və Ermənistan klubları ilə görüşə bilməz.
Səpələnmişlər
“Buduçnost” (Monteneqro), “Koper” (Sloveniya), “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Elfsborq”, AİK, “Hötebotq” (hamısı İsveç), “NEFTÇİ” (AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Qo Ehed İqls” (Hollandiya), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “İNTER” (AZƏRBAYCAN), “Linfild” (Şimali İrlandiya), “Valletta” (Malta), “Rabotniçki” (Makedoniya), “Torpedo” (Belarus), “Aberdin” (Şotlandiya), “HB Torshavn” (Farer adaları)
Səpələnməmişlər
“Renova” (Makedoniya), “Maldost” (Monteneqro), “Flora” (Estoniya), “Ferensvaroş” (Macarıstan), “Skonto”, “Yelqava”, “Spartak” (hamısı Latviya), “Vikinqur” (İslandiya), “Odd Qrenland” (Norveç), “Kukesi”, “Şkendiya” (hər ikisi Albaniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Ordabası”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Tiraspol” (Moldova), MTK (Macarıstan), “Şirak”, “Uliss” (hər ikisi Ermənistan), “Qlentoran”, “Qlenavon” (hər ikisi Şimali İrlandiya), “Vaasa” , SJK, “Lahti” (hamısı Finlandiya), “Kalev” (Estoniya), “Sent Culiya”, “Lusitanos” (hər ikisi Andorra), “Vikinqur”, “Runavik” (hər ikisi Farer adaları), “Trakai”, “Kruoja”, “Atlantas (hamısı Litva), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Airbus”, “Nyutaun”, “Bala Taun” (hamısı Uels), “Baltsan” (Malta)
Qeyri-müəyyənlər
“Birkirkara” (Malta), “Vaduts” (Lixtenşteyn), “Çukariçki” (Serbiya)
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq.