“Rəvan”dan ayrılan ukraynalı qapıçı Kostyantin Maxnovski karyerasını ölkəsində davam etdirə bilər. Apasport.az sport.ua saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin “Dnepr”ə keçmək variantı var.
Əsas qapıçısı Denis Boykonun “Beşiktaş”a transfer olunmasından sonra Dnepropetrovsk təmsilçisi Maxnovskiyə ehtiyac duyub.
Bu gün səhər saatlarında Azərbaycanı tərk edən çərçivə qoruyucusu dərhal “Dnepr”in düşərgəsinə baxışa yollanıb. Baş məşqçi Miron Markeviç “Frankfurt” klubu ilə hazırda davam edən yoxlama görüşündə Maxnovskini start heyətində meydana buraxıb.
Sabiq “Rəvan”lı özünü yaxşı tərəfdən göstərə bilsə, “Dnepr” rəhbərliyi onunla müqavilə imzalayacaq.
Qeyd edək ki, karyerası ərzində “Sevastopol”, “Obolon” və “Legiya” kimi komandaların formasını geyinmiş Maxnovski “Rəvan”a ötən ilin yayında transfer olunmuşdu. Bakı klubunun heyətində bütün görüşləri əvəzlənmədən keçirən qolkiper 19 oyunda qapısından 26 qol buraxıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu