Sabah futzal üzrə Azərbaycan kubokuna start veriləcək. Apasport.az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, “Olimpik Star”da baş tutacaq 1/8 final mərhələsinin qarşılaşmalarına təyinatlar açıqlanıb.
Bu mərhələ çərçivəsində baş tutacaq 6 görüşdən birində iki Yüksək Liqa təmsilçisi üz-üzə gələcək. 2 matçda elita klubları aşağı liqa təmsilçilərini sınağa çəkəcəksə, üç duel Yüksək Liqa komandası olmadan baş tutacaq.
Oyunları 3 hakimlər briqadası idarə edəcək. Hər “üçlük” iki matçda ədaləti qoruyacaq.
Azərbaycan kuboku
1/8 final
25 aprel
12:00. VİP FK – “Neftçi” İK
Hakimlər: Elçin Məmmədov, Əli Cəbrayılov, Azad Hüseynov
Hakim-inspektor: Nazim Qaracayev
“Olimpik Star”
13:30. “FK. İtaldizain Futsal” – “Yasamal”
Hakimlər: Əli Cəbrayılov, Elçin Məmmədov, Azad Hüseynov
Hakim-inspektor: Ədilxan Hünbətov
“Olimpik Star”
15:00. EKOL - “Gilan”
Hakimlər: Hikmət Qafarlı, Elçin Səmədli, Anar Fərəcov
Hakim-inspektor: Müşviq Həsənov
“Olimpik Star”
16:30. ADBTİA - “Avanqard”
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Arif Ağayev
“Olimpik Star”
18:00 “Romana” – “Yasamal-2”
Hakimlər: Ramil Namazov, Yusif Nurullayev, Kənan Məlikov
Hakim-inspektor: Elşad Cəfərov
“Olimpik Star”
19:30 “Standard” – “Hell Energy”
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Şahin Cəfərov
“Olimpik Star”