Azərbaycan kubokunda 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mərhələnin son iki cütü bu gün baş tutan 1/16 final oyunlarından sonra bəlli olub.
İlk səddi keçən MOİK və “Qaradağ-Lökbatan” ötən mövsüm titul qazanan klublara rəqib olub. “Hərbçilər” Azərbaycan çempionu “Qarabağ”, qaradağlılar isə kubokun hazırkı sahibi “Neftçi” üçün növbəti mərhələdə asan “yem” olacaq.
Dekabrın 3-də baş tutacaq hər iki matçda Premyer Liqa klubları ev sahibi olacaq.
1/8 final
3 dekabr
“Sumqayıt” - “Bakı”
“Xəzər Lənkəran” – “Araz-Naxçıvan”
“Simurq” – “Rəvan”
“Neftçala” - AZAL
“Qarabağ” - MOİK
“Şahdağ” - “İnter”
“Qəbələ” – “Ağsu”
“Neftçi” - “Qaradağ-Lökbatan”