[b]Azərbaycan kuboku: İddiaçılar azalır[/b]
15.10.2014 - 12:39
[b]Azərbaycan kuboku: İddiaçılar azalır[/b]

Azərbaycan kubokunda iştirak edən klubların sayının azalması davam edir. Apasport.az saytının məlumatına görə, ölkə kubokunu qazanmaq, Avropa Liqasının II Təsnifat mərhələsinə vəsiqəyə iddia edənlərin sayı 18-ə enib.

 

Belə ki, 2014/15 mövsümünün püşkatmasına məhz bu qədər komanda qatılacaq. Bu isə son 6 ildə ən aşağı göstəricidi. 4 il əvvəl 22, sonrakı iki mövsümdə 21, son yarışda isə 20 komandanın oyandığı yarışa bu dəfə daha az klub başlayacaq.

 

Sonuncu dəfə kubokun bu qədər iştirakçısı 2008/09 mövsümündə qeydə alınmışdı. Yarışdakı mütləq antirekord isə 1992-ci ildə olub. Həmin vaxt 12 komandanın yarışa buraxılması isə kubokun qısa vaxtda keçirilməsi və təqvimin sıxlığı ilə bağlı idi.

 

mövsüm

iştirakçı

1992

12

1993

40

1993/94

45

1994/95

44

1995/96

38

1996/97

34

1997/98

30

1998/99

25

1999/2000

19

2000/01

24

2001/02

19

2003/04

21

2004/05

26

2005/06

29

2006/07

35

2007/08

32

2008/09

18

2009/10

20

2010/11

22

2011/12

21

2012/13

21

2013/14

20

2014/15

18