[b]Azərbaycan kubokunda 1/4 finalın 3 oyunun vaxtı müəyyənləşdi[/b]
02.05.2018 - 14:32
[b]Azərbaycan kubokunda 1/4 finalın 3 oyunun vaxtı müəyyənləşdi[/b]

Futzal üzrə ölkə kubokunun 1/4 final mərhələsinin qalan üç oyununun keçirilmə vaxtı müəyyənləşib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmalardan ikisi mayın 4-də “Olimpik Star”da baş tutacaq.

 

Digər matç isə 3 gün sonra Bakı İdman Sarayında keçiriləcək.

 

Qeyd edək ki, bu mərhələnin ilk oyunu aprelin 30-da keçirilib və “Hell Energy” penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəlib. Onlar yarımfinalda “Marafon Futsal” - “FK. İtaldizain Futsal” cütünün qalibi ilə üz-üzə gələcəklər.

 

Azərbaycan kuboku

1/4 final

4 may

14:00. VİP FK – EKOL

“Olimpik Star”

 

16:00. “Marafon Futsal” - “FK. İtaldizain Futsal”

“Olimpik Star”

 

7 may

19:00. “Araz” - “Yasamal-2”

Bakı İdman Sarayı