[b]Azərbaycan millisi son 23 ilin ən pis nəticəsini rəsmiləşdirdi [/b]
28.03.2018 - 14:13
[b]Azərbaycan millisi son 23 ilin ən pis nəticəsini rəsmiləşdirdi [/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız buraxılan qol sayında XXI əsrdəki ən zəif nəticəsini göstərib.

 

Komandamız İrlandiya ilə səfər matçında 0:1 hesabı ilə uduzub və buraxılan qol sayını 22-yə çatdırıb. Cəmi 7 görüşdə bu qədər qola üzülən millimiz orta hesabla qapısında hər oyunda 3,14 top görüb.

 

AÇ-2019-un seçmə tsiklində 22 qolun buraxılması Azərbaycan yığmasının tarixində 2-ci ən pis göstəricidi. Ən zəif nəticə isə hələ ötən əsrə təsadüf edən debütdə qeydə alınmışdı. AÇ-1996-nın seçmə mərhələsində yığmamız 36 qol buraxmışdı. Sonrakı 23 ildə millimiz azarkeşlərini belə uğursuz müdafiəsi ilə üzməyib.

 

 

Seçmə mərhələ

Buraxılan qol

AÇ-1996 

36

AÇ-1998 

-*

AÇ-2000 

20

AÇ-2002 

17

AÇ-2004 

19**

AÇ-2006 

17

AÇ-2007

3**

AÇ-2009 

21

AÇ-2011 

19

AÇ-2013

18

AÇ-2015

15

AÇ-2017

19

AÇ-2019

22

* - yığmamız seçmə mərhələyə qatılmayıb.

** - texniki məğlubiyyət nəzərə alınmayıb.