[b]Azərbaycan millisində 2 yeni oyunçu[/b]
15.01.2016 - 18:11
Futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışını davam etdirən yığmamızın üzvü İsa Atayev heyətdən çxıarılıb.
Buna onun səhhətində problem yaranması səbəb olub. Onun əvəzinə Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə toplanışa dəvət edilib.
0
0