[b]Azərbaycan millisində itki[/b]
28.03.2018 - 09:13
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsində mübarizə aparan yığmamız növbəti oyunda Qismət Alıyevin xidmətindən yararlana bilməyəcək.
Buna yarımmüdafiəçinin cəzalı duruma düşməsi səbəb olub. İrlandiya ilə səfər qarşılaşmasında (0:1) sarı vərəqə alan Qismət tsikldə 3-cü dəfə xəbərdarlıq görüb.
Alıyev yığmamızın növbəti oyununu – İsraillə ev matçını buraxacaq. Bu matç sentyabrın 6-da keçiriləcək.
0
0