Ötən mövsümü Şotlandiya təmsilçisi “Aberdin”də keçirən Cem Fələk karyerasını “Qalatasaray”da davam etdirə bilər. Apasport.az saytının Türkiyənin “A Spor” Televiziya Kanalına istinadən məlumatına görə, hazırda azad agent statusu daşıyan futbolçu “Qalatasaray”la anlaşıb.
Qeyd edək ki, 19 yaşlı futbolçunun karyerası Azərbaycanla sıx bağlı olub. Hələ 13 yaşında “Xəzər Lənkəran”la anlaşan, daha sonra isə karyerasını “Ayntraxt”ın akademiyasında davam etdirən Cem, iki yaş qrupu üzrə milli komandalarımızın da şərəfini qoruyub.
O, 2012-ci ildən etibarən U-17 milli komandası ilə 11 oyunda meydana çıxıb, 5 dəfə də fərqlənməyə imkan tapıb.
2014-cü ildən sonra isə artıq U-19 millisinə dəvət olunan futbolçu burada da 3 oyunda forma geyinib.