[b]Azərbaycan millisinin heyətində dəyişiklik[/b]
25.12.2017 - 09:14
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Səbail”in futbolçusu Vidadi Cəfərov hazırlıq prosesinə qatılmayıb.
Buna gənc hücumçunun zədəsi səbəb olub. Paytaxt klubunun futbolçusu dekabrın 29-dək davam edəcək hazırlıq prosesindən kənar qalacaq.
Qeyd edək ki, toplanışda 25 oyunçu iştirak edir.
Mənbə: affa.az
0
0