[b]Azərbaycan millisinin sabiq futbolçusu həbs olundu[/b]
31.07.2017 - 11:03
Azərbaycan millisinin və “Kəpəz”in sabiq futbolçusu həbs olunub. Apasport.az xəbər verir ki, Faiq Cabbarovu polis onunla bağlı çoxsaylı şikayət ərizələrindən sonra həbs edib. Cabbarov bir-neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunur.
Xatırladaq ki, bir müddət əvvəl Cabbarovun ölüm xəbəri yayılmışdı. Sonradan məlum olmuşdu ki, veteran futbolçu sağdır və Samuxdakı fermaların birində çalışır. Onun normal həyata qayıdacağı, “Kəpəz”də məşqçilik edəcəyi deyilirdi.
futbol+
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0