Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, III dövrənin sonuncu turu iki gün davam edəcək.
Tura Gəncədə “Kəpəz” – “Zirə” matçı ilə start veriləcək. İlk oyun günündə “Qarabağ”la “Keşlə” də üz-üzə gələcək.
Turun “Qəbələ” və “Sumqayıt” arasında mərkəzi oyunu isə aprelin 2-də baş tutacaq. III dövrəyə “Neftçi” – “Səbail” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
1 aprel (bazar)
15:00. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu
18:30. “Qarabağ” – “Keşlə”
“Azərsun Arena”
2 aprel (bazar ertəsi)
17:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
19:30. “Neftçi” – “Səbail”
8-ci km qəsəbə stadionu