19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixində ikinci dəfə Slovakiya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin Macarıstanda keçirilən IV qrupunun növbəti matçındakı rəqib yığmamızla yalnız 1 dəfə görüşüb.
Bu da 1994-cü ilə təsadüf edib. Həmin vaxt Slovakiyada keçirilən mini-turnirdə yığmamız əvvəl Kiprlə, sonra meydan sahibləri ilə üz-üzə gəlib. İlk matçda 2 cavabsız qol buraxan komandamız oktyabrın 16-da baş tutan matçda darmadağınla üzləşmişdi. Yeddi cavabsız qol buraxan millimiz 20 ildən sonra qisas almağa çalışacaq.
Qeyd edək ki, 2001-ci ilədək U-18-lərin çempionatı kimi keçirilən yarış son 13 ildə U-19-ların turniri ilə əvəz olunub.