Azərbaycan millisinin növbəti FİFA reytinqindəki xalı məlumdu. Apasport.az saytının məlumatına görə, mayın 17-də açıqlanacaq siyahıda Qurban Qurbanovun yetirmələrinin hesabında 245 xal olacaq.
Açıqlanan son cədvəldə 245 xalla 126-cı yerə şərik olan yığmamızın aktivi dəyişməz qalacaq. Millimizin xalının dəyişməməsi onunla bağlıdı ki, komandamızın təkcə bu il deyil, əvvəlki 3 ildə də 5 həftəlik hesabat dövründə - aprelin 12-dən mayın 17-dək heç bir matçı yoxdu.
Ölkəmizin əsas komandasının xal hesabı bəlli olsa da, yığmamızın mayın 17-də hansı pillədə qərarlaşacağını söyləmək mümkünsüzdü. Çünki azsaylı yoxlama oyunlarının planlaşdırılması, həmçinin əvvəlki illərin müvafiq dövründəki matçlar digər yığmaların xal hesabına təsir edəcək. Millimizin mövqeyi də həmin nəticələrdən asılı olacaq.