[b]Azərbaycan yığmasında daha bir itki[/b]
07.10.2014 - 11:36
[b]Azərbaycan yığmasında daha bir itki[/b]

AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunlarına hazırlaşan Azərbaycan millisinin heyətində daha bir dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin üzvü Ruslan Əmircanov yığmanın hazırlığından kənar düşüb.

 

Buna onun zədəsi səbəb olub. Əmircanova qədər Ruslan Abışov da oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında olacaq yığmanın düşərgəsini tərk etmişdi.

 

Qeyd edək ki, millimiz oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.